“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhadın çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Tezadlar.az xatırladır ki, eyni iş üzrə deyil, ayrıca olaraq, onun həyat yoldaşı Samir Yəhyazadənin də bir müddət əvvəl həbs edildiyi qeyd olunur. Amma burada başqa bir sual da yaranır: bu suallar niyə daha əvvəl verilmirdi?
İnsan efirlərdə görünəndə, müxtəlif layihələrə sponsorluq edəndə, böyük məbləğlərlə gündəmə gələndə cəmiyyətin maraqlanması normaldır: Bu vəsaitin mənbəyi nədir? Bu qədər imkan haradan formalaşıb? Çünki kasıb vətəndaşın, illərlə yığdığı pulun, ailəsinin gələcəyinə ayırdığı vəsaitin taleyi ilə oynamaq olmaz! İndi əsas məsələ yalnız saxlanılma xəbəri deyil. Əsas məsələ həqiqətin ortaya çıxması və vətəndaşların hüquqlarının qorunmasıdır.
Araşdırma davam edir.
SƏBUHİ







