Əsas məzmuna keç

Ratko Mladiç Haaqada vəfat etdi

Bosniya və Herseqovinada törətdiyi hərbi cinayətlərə görə cəza çəkən Bosniya serblərinin generalı Ratko Mladiç bu gün 84 yaşında ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Qeyd olunur ki, o, BMT-nin Haaqadakı istintaq təcridxanasında vəfat edib.

Mladiç Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının keçmiş generalı və komandanı olub. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal hərbi cinayətlərə görə onu ömürlük həbs cəzasına məhkum etmişdi.

Bosniya müharibəsi dövründə 1995-ci ildə Srebrenitsa qətliamındakı roluna görə Mladiçə “Bosniya qəssabı” ləqəbini vermişdilər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…