Əsas məzmuna keç

Cinayət əməllərinə görə Seutadan 100 qanunsuz immiqrant deportasiya edilib

İyulun sonlarında baş verən kütləvi sərhəd pozuntusundan bəri ən azı 100 qanunsuz immiqrant Seuta muxtar şəhərindən cinayət əməllərinə görə deportasiya edilib.

Tezadlar.az xəbər verir ki,  bunu İspaniyanın Baş naziri Pedro Sançes açıqlayıb.

“Mən bunu çox aydın şəkildə bildirdim – kim olmalarından, haradan gəlmələrindən və hansı pasportlara sahib olmalarından asılı olmayaraq, qanunun bütün qüvvəsi onlara tətbiq olunacaq”, – deyə o, Cadena SER radiostansiyasına verdiyi müsahibədə bildirib.

O, əlavə edib ki, İspaniya qəfil miqrant axınının səbəblərini araşdırmağa davam edir. Sançesin sözlərinə görə, İspaniya hökuməti Seuta iqtisadiyyatını dəstəkləmək üçün əlavə 168 milyon avro ayırmağı planlaşdırır.

İyulun sonunda on minlərlə qanunsuz immiqrant şəhəri Mərakeşdən ayıran dalğaqırandan keçərək üzmək və suya düşməklə Seutaya çatıb. Böhran fonunda Madrid şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün ordu yerləşdirmək qərarına gəlib.

Hakimiyyət orqanları şəhərə 80 minə qədər insanın daxil olduğunu təxmin edir, lakin qanunsuz immiqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı güman edilir. “La Raz n” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, İspaniya hökumətinin hələ də muxtar şəhərdə qalan miqrantların sayı barədə dəqiq məlumatları yoxdur.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…