Əsas məzmuna keç

Gəncə Şəhər 3 nömrəli Xəstəxananın Baş Həkimindən şikayət var-SƏBƏB

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində olan 3 nömtəli  tibb müəssisəsinin Baş Həkimi Turanə Rüstəmova TƏBİB-i də saymır, tibb müəssisəsini öz maraqları ilə idarə edir.
Belə ki, Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya Turanə Rüstəmova 2025 ci ildə Baş həkim təyin olnub. Xəstəxanada şöbə müdirlərinə, həkimlərə aylıq haqq(şərt) qoyadaq haqlarına girib. Hər ay həkimlərin maaşından fond pulu adı altında külli miqdarda pul yığaraq mənimsəyir. Xəstəxananın dərman preparatlarını apteklərə sataraq pul əldə edən baş həkimi durduran yoxdur. Təsərrüfat şöbəsinin əməkdaşlarının bir hissəsi işə gəlmir, sonradan məlum olub ki, həmin şəxslərin pul kartları sözü gedən Baş Həkim Turanə Rüstəmovadadır.
Xəstəxananın dəftər ləvazimatları da mənimsənilir. Hesab edin ki, laboratoriya analizlərinin nəticələri  adi A-4 vərəqə çıxarıldığı halda, bu xəstəxanada əksinədir, ağ vərəq tapılmadığı üçün ya telefona çəkməlisən, ya da my.gov deyilən onlayn mərkəzə göndərilir. Təsərrüfat malları, avadanlıqlar, əlcək, süpürgə, ağ xalat və digər mal-materiallara tender elan edilib maliyyə əldə olunsa  da, təəssüblər olsun xəstəxanada mövcud olan mal-materiallara rast gəlinmir.
Bu mövzuya geniş şəkildə qayıdacağıq.
Ofeliya Davudqizi,
Gəncə
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…