Əsas məzmuna keç

Manşet.az-ın rəhbəri Əli Vəliyev Camalqızını təhqir etdiyi üçün 9 aylıq məhkum edilib!

Bakı şəhəri Xətai Rayon Məhkəməsində manşet.az saytının təsisçisi Əli Vəliyev barəsində məhkəmə prosesi başa çatıb. Bu barədə mediaya vəkil Səbinə Əliyeva məlumat verib. Vəkil bildirib ki, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Əli Vəliyevin əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızını (Quliyeva) təhqir etdiyi və ona böhtan atdığı sübuta yetirilib.

Məhkəmənin hökmü ilə Ə.Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə təqsirli bilinib. O, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Bundan əlavə, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…