CNA portalının məlumatına görə, Albaniya parlamentində millət vəkilləri arasında ölkədə davam edən hökumət əleyhinə etirazlarla bağlı fikir ayrılıqları səbəbindən dava baş verib.
Tezadlar.az xəbər verir ki, müxalifət Demokrat Partiyasının nümayəndələri hakim əksəriyyəti etirazların zorakılıqla yatırılmasını dəstəkləməkdə günahlandıraraq qanunverici orqanın işini əngəlləməyə çalışıblar. Hakim Albaniya Sosialist Partiyasının millət vəkilləri onlara qarşı çıxıblar. Davadan sonra hakim partiya 20 müxalifət millət vəkilinin müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılmasını tələb edərək onları parlament işlərinə mane olmaqda ittiham edib.
Tiranadakı iğtişaşlar ardıcıl onuncu gündür davam edir. Bu, 13 oktyabrda Təhsil Nazirliyinin qarşısında keçirilən tələbə etirazı zamanı başlayıb. Burada iştirakçılar Baş nazir Edi Ramanın istefasını tələb edirlər. Tiranada baş verən toqquşmalardan əvvəl, Adriatik sahilindəki Vjosa-Narta təbiət qoruğunda hökumət tərəfindən təşviq edilən kurort layihəsindən qaynaqlanan hökumət əleyhinə mitinqlər ardıcıl 130 gündən çoxdur ki, keçirilirdi.
Daha əvvəl Albaniyada polisin etirazçı kütləsinə qarşı güc tətbiq etdiyi bildirilmişdi.
ELBAR







