“Brent” nefti Londonun ICE birjasında bahalaşmağa davam edir.
Qiymət mayın əvvəlindən bəri müşahidə olunmayan səviyyəyə çatıb və 115 dollara yaxınlaşıb.
Bakı vaxtı ilə saat 06:01-ə olan məlumata görə, dekabr fyuçersləri 1,37% artaraq bir barel üçün 114,72 dollar səviyyəsində ticarət olunub.
Bununla da, “Brent” nefti 5 may tarixindən bəri ilk dəfə olaraq 114 dollar həddini aşıb.
WTI markalı neft fyuçerslərinin qiymətləri də artıb: noyabr tədarükü üzrə qiymət 3,93% yüksələrək bir barel üçün 100,97 dollara çatıb.
JASMİN





