Əsas məzmuna keç

Hüquqları prokurorluqda pozulan iş adamı Prezidentə müraciət etdi

Tezadlar.az Konstitusion hüquqları Sabunçu rayon Prokurorluğunda kobud surətdə pozulan “Magna- Trans” MMC- nin sahibi, istintaq qərarı ilə zərərçəkmiş Ağasəf İsmayılovun Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciətini təqdim edir:

“AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  CƏNAB İLHAM ƏLİYEVƏ

MÜRACİƏT

Hörmətli cənab Prezident!

Mən, İsmayılov Ağasəf İslam oğlu, 210050957 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq, artıq uzun illərdir hüquqlarımın müdafiəsi və iş üzrə obyektiv araşdırmanın aparılması üçün dövlət orqanlarına müraciət edirəm.  Bu müddətdə Prezident Administrasiyasına, Milli Məclisə, Baş Prokurorluğa, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və digər dövlət qurumlarına çoxsaylı müraciətlər etmişəm. Demək olar ki, şikayət etmədiyim dövlət orqanı qalmayıb. Lakin bu qədər müraciətin nəticəsində qarşılaşdığım vəziyyət məni artıq başqa bir sual verməyə məcbur edir: –Vətəndaş barəsində şikayət etdiyi orqanın fəaliyyətindən narazıdırsa, onun şikayəti niyə yenidən həmin sistem daxilində aşağı instansiyalara göndərilir?

Məndə olan çoxsaylı rəsmi sənədlər göstərir ki, yuxarı dövlət orqanlarına ünvanladığım müraciətlərin əhəmiyyətli hissəsi baxılması üçün yenidən prokurorluq orqanlarına göndərilib. Baş Prokurorluğa daxil olan müraciətlərin bir qismi Bakı şəhər prokurorluğuna, oradan isə yenidən Sabunçu rayon prokurorluğuna göndərilib. Beləliklə, illər ərzində faktiki olaraq belə bir dairə yaranıb:

-Vətəndaş şikayət edir → yuxarı dövlət orqanı müraciəti aidiyyəti üzrə göndərir → müraciət aşağı prokurorluq orqanına çatır → həmin sistem öz fəaliyyəti barədə cavab verir → vətəndaş nəticə əldə etmədiyini hesab etdiyi üçün yenidən şikayət edir. Sonra bu proses yenidən təkrarlanır.

MƏHKƏMƏLƏRƏ DƏ DƏFƏLƏRLƏ MÜRACİƏT ETMİŞƏM

Məsələ yalnız inzibati müraciətlərlə məhdudlaşmayıb. 210050957 nömrəli cinayət işi üzrə müxtəlif illərdə qəbul edilmiş bir sıra prosessual qərarlar məhkəmələr tərəfindən ləğv olunub, ayrı-ayrı hərəkətsizliklər qanunsuz hesab edilibəlavə araşdırmanın aparılması tələb olunub. Mən məhkəmə qərarlarının hər birinin müstəntiqin təqsirini sübut etdiyini iddia etmirəm.  Amma hesab edirəm ki, eyni cinayət işi üzrə məhkəmələrin dəfələrlə müdaxilə etməsi, prosessual qərarların ləğv olunmasıəlavə araşdırma tələb edilməsi artıq ayrıcaobyektiv qiymətləndirilməli olan vəziyyətdir. Əgər məhkəmə bir dəfə nöqsan müəyyən edirsə, həmin nöqsan aradan qaldırılmalıdır. Bəs eyni illərlə yenidən məhkəmələrə qayıdırsa, onda təbii sual yaranır: –Məhkəmələrin göstərdiyi nöqsanların faktiki olaraq aradan qaldırılıb-qaldırılmadığını kim yoxlayır?

34 AVTOBUS MƏSƏLƏSİ NİYƏ HƏLƏ DƏ ARAŞDIRILIR?

Cənab Prezident, müraciətlərimin mühüm hissələrindən biri “Magna Trans” MMC- aid olduğunubildirdiyim 34 avtobusun taleyi ilə bağlıdır. Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Fuad Babayevin mənə ünvanladığı 11 avqust2026-cı il tarixli, 166 M/26 nömrəli cavab məktubunda da 34 avtobusla bağlı materialların əlavə araşdırmaya göndərildiyi bildirilir. Əgər bu məsələ artıq tam araşdırılmışhüquqi qiymət verilmiş məsələdirsə, niyə yenidən əlavə araşdırmaya göndərilir? Əgər əlavə araşdırmaya ehtiyac varsa, onda əvvəlki illərdə bu məsələ üzrə aparılmışa araşdırmaların tamlığınəticələri necə qiymətləndirilib? Mənim tələbim isə kiminsə əvvəlcədən təqsirli elan olunması deyil. Mən faktların tam araşdırılmasını istəyirəm.

MƏHKƏMƏ QƏRARLARININ İCRASI İLƏ BAĞLI DA İLLƏRDİR MÜRACİƏT EDİRƏM

Problem həm də yalnız cinayət işi ilə məhdudlaşmır. Mənim xeyrimə qəbul edilmiş məhkəmə qərarlarının icrası ilə bağlı da illərdir müxtəlif dövlət qurumlarına müraciət etmişəm. Ədliyyə Nazirliyinin sənədlərində konkret icra sənədləri üzrə icra tədbirlərinin davam etdirilməsinin aidiyyəti yerli icra qurumlarına tapşırıldığı göstərilib. Abşeron Rayon Prokurorluğunun 16 iyul 2026-cı il tarixli cavabında isə mənim müraciətimin məhkəmə qətnaməsinin xeyrimə çıxmasına baxmayaraq, onun icrası zamanı süründürməçiliyə yol verilməsinəticədə qətnamənin icra olunmaması ilə bağlı olduğu qeyd edilirmən yenidən digər hüquqi müdafiə vasitələrinə yönəldilirəmBelə olan halda mənim sualım çox sadədir:

-Vətəndaş məhkəmədə qalib gəldikdən sonra da qərarın faktiki icrası üçün illərlə ayrıca mübarizə aparmalıdırmı?

CƏNAB PREZİDENT, MƏN YENİ BİR ÜNVAN AXTARMIRAM

Mən bu açıq müraciətlə Sizdən cinayət işi üzrə sübutları şəxsən qiymətləndirməyiniziya məhkəmənin, istintaqın səlahiyyətinə aid qərar verməyiniziistəmirəm. Mənim xahişim başqa məsələdir. Xahiş edirəm ki, illər ərzində yaranmış bu müraciət dövriyyəsinin səbəblərinin dövlət nəzarəti səviyyəsində araşdırılmasına göstəriş verilsin.

Araşdırılsın:

1. Niyə mənim çoxsaylı təkrar müraciətlərim yaranıb?

2. Yuxarı dövlət orqanlarına etdiyim müraciətlər hansı hallarda yenidən barəsində şikayət etdiyim orqanların sisteminə göndərilib?

3. Məhkəmələrin cinayət işi üzrə müəyyən etdiyi nöqsanların aradan qaldırılması faktiki olaraq necə yoxlanılıb?

4. Eyni iş üzrə prosessual qərarların dəfələrlə məhkəmə müdaxiləsinə məruz qalması prokurorluq daxilində ayrıca təhlil edilibmi?

5. 34 avtobus məsələsi üzrə məhkəmə qərarlarından sonra konkret hansı istintaq hərəkətləri aparılıb?

6. Məhkəmə qərarlarının icrası ilə bağlı illərlə davam edən müraciətlərimin yaranma səbəbləri araşdırılıbmı?

7. Yuxarı dövlət orqanlarına verilmiş məlumatlarda mənim işim üzrə məhkəmə qərarlarının və faktiki vəziyyətin tam şəkildə əks olunub-olunmadığı yoxlanılıbmı?

8. Və ən əsası, bu qədər məhkəmə qərarı və yüzlərlə müraciətdən sonra vətəndaş real nəticə əldə etmək üçün daha hara müraciət etməlidir?

MƏN İMTİYAZ İSTƏMİRƏM

Mən dövlətimdən heç bir imtiyaz istəmirəm. Heç kimin qanunsuz şəkildə cəzalandırılmasını da tələb etmirəm. Əgər müstəntiqin, prokurorun, icra məmurunun və ya başqa vəzifəli şəxsin fəaliyyətində qanun pozuntusu yoxdursa, bu, obyektiv yoxlama ilə müəyyən edilsin və mənə əsaslandırılmış şəkildə izah olunsun. Əgər pozuntu varsa, qanunun nəzərdə tutduğu tədbirlər görülsün. Amma şikayət etdiyim məsələni yenidən eyni sistemə göndərib həmin sistemin öz fəaliyyəti barədə verdiyi cavabla məsələni bitirmək problemin həlli deyil.

Hörmətli cənab Prezident!

Mən Əfqanıstan və Birinci Qarabağ müharibələrinin iştirakçısıyam. Əvvəldən Dövlətimin qanunlarına və məhkəmələrinə müraciət etmişəm və hüquqlarımı yalnız qanuni yollarla müdafiə etməyə çalışmışam.

Bu gün də tələbim dəyişməyib:

-Qanun işləsin!

-Məhkəmə qərarları real nəticə versin.

-İstintaq obyektiv aparılsın.

-Vətəndaşın müraciəti formal məktub dövriyyəsinə çevrilməsin.

Və sonda bir sualımı media vasitəsilə açıq şəkildə vermək istəyirəm: Mən artıq növbəti ünvan axtarmıram. İllərlə bütün qanuni şikayət yollarından istifadə edən vətəndaş real nəticə əldə etmək üçün daha hara müraciət etməlidir?

Dərin hörmətlə,

İsmayılov Ağasəf İslam oğlu,

210050957 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…