Hava nəqliyyatının idarə olunması sistemindəki nasazlıq səbəbindən Böyük Britaniyada yüzlərlə uçuş ləğv edilib.
Tezadlar.az xəbər verir ki, FlightRadar24 hava nəqliyyatının idarə olunması provayderi NATS-da texniki problem səbəbindən ləğv edilmiş uçuşların sayının 1000-ə çatdığını bildirib.
65.000-dən çox sərnişin 8 saata qədər gecikmə ilə üzləşib.
NATS-ın baş direktoru Martin Rolfe problemin gözləniləndən daha uzun müddət həll olunmasına görə üzr istəyib və hərtərəfli araşdırmanın başlanacağını bildirib.
Nasazlığın kiberhücumdan qaynaqlanmadığı bildirilir.
Fəsadların bir müddət davam edəcəyi bildirilib.
ELBAR







