İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Tezadlar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə bununla bağlı daxil olan məlumat dərhal araşdırılıb.
Araşdırma zamanı toy mərasiminin oktyabr-noyabr aylarında keçirilməsinin planlaşdırıldığı müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində məclisin keçirilməsinin qarşısı alınıb.
Tərəflərin valideynləri İmişli Rayon Polis Şöbəsinə dəvət olunublar. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib.







