…Stalin qızı Svetlananı çox sevirdi. Svetlana kinodramaturq Aleksey Kapler ilə sevgili olur. Bunu bilən Stalin Kapleri 10 illik Sibirə sürgün edir.
1960-ci ildə Svetlana hindistanlı kommunist Brajeş Sinqə aşiq olur. Sovet rəhbərliyi (xüsusilə Aleksey Kosıgin) onların evlənməsinə icazə vermir. Sinq bir müddətdən sonra vəfat edir.
Svetlana sovet hökumətindən onun külünü vətəni Hindistana, Qanq çayına sovurmaq üçün xüsusi icazə alır. 1967-ci ildə o, Hindistanda gizlicə Amerika səfirliyinə gedir. Onlardan sığınacaq istəyir. Səfirlik onu həmin gecə dərhal ölkədən çıxarır və İtaliyaya (Romaya), oradan İsveçrəyə, bir müddət sonra isə ABŞ-a göndərir.
Svetlananın ABŞ-a qaçışı SSRİ üçün böyük bir rüsvayçılıq, Qərb üçün isə böyük bir təbliğat qələbəsi idi. O, ABŞ-da memar Uilyam Peters ilə evlənir. Adını Lana Peters olaraq dəyişir…
Nəcəf Əsgərzadə







