İsrailin Baş naziri Binyamin Netanyahu İran və “Hizbullah”a qarşı hücumlarla hədələyib və “daha çoxu yoldadır” sözlərini işlədib.
Tezadlar.az xəbər verir ki, video mesajında Netanyahu ABŞ Prezidenti Donald Trampın İranın nüvə potensialını bərpa etməyə çalışdığı iddiasına istinad edərək, İsrailin buna icazə verməyəcəyini iddia edib.
“Prezident Tramp bu axşam İranın yenidən nüvə silahı ilə silahlanmağa çalışdığını elan etdi. Bu, doğrudur”, – deyə Netanyahu Livan və İranı yeni hücumlarla hədəf alacağını iddia edib.
“İsrailin Baş naziri olduğu müddətcə İranın nüvə silahına sahib ola bilməyəcəyini” iddia edən Netanyahu “daha çoxu yoldadır” sözləri ilə İran və “Hizbullah”a qarşı yeni hücumlarla hədələyib.
Bu arada, Netanyahu müdafiə naziri Yisrael Katz ilə birgə yazılı açıqlamasında İsrail ordusunun Livanın cənubundakı Əli Tahir Təpəsi bölgəsini hədəf aldığını açıqlayıb.
Netanyahu “Hizbullah” tunellərinin məhv edildiyini iddia edib.
Müdafiə naziri Katz günün əvvəlində İranı hədələyərək, İranın hər hansı bir hücumu halında Tehranın əsas enerji obyektlərinə sərt cavab veriləcəyini bildirmişdi.
ELBAR







