Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlu Nikolay orduda xidmət edir.
Tezadlar.az BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus lideri açıqlama verib.
Siyasətçi bildirib ki, “O, hamı kimi gözlənildiyi kimi orduda xidmət edir. Leytenantdır. Harada olduğunu deməyəcəyəm, amma ən çətin bölmədədir”.
Lukaşenko bildirib ki, kiçik oğlu boş vaxtlarında biotexnologiya üzrə təhsil alır.
Bundan əvvəl Belarus lideri ölkənin hərbi hazırlıq yoxlaması keçirəcəyini qeyd etmişdi. “Biz müharibəyə hazırlaşırıq ki, müharibə olmasın”, Belarus lideri əlavə edib.
ELBAR







