Əsas məzmuna keç

Xətaidə bu ünvanlarda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunur

Təmir işləri ilə əlaqədar paytaxtın Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

Bu barədə Tezadlar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrindəki məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri, təmir aparılan ərazilərdə diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş olunur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…