Əsas məzmuna keç

ABŞ qanunları Trampa cinayət təqibi yaradır- SƏBƏB

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp həddibuluğa çatmış hər bir amerika vətəndaşına 5 mln. dollar verəcəyini vəd edərək bu ilin noyabrında keçiriləcək Senata ( tam tərkibdə) və Konqresə (3/1 tərkibdə) seçkilərdə Respublikaçılar Partiyasına  (RP) səs verməyə çağırmışdır. Beynəlxalq seçki qanunlarında, eləcə də Azərbaycanda, seçiciləri maddiyyat və s. vədi ilə ələ almağa cəhd cinayət məsuliyyəti yaradır.

Bəs Trampın bu çağırışı hansı hüquqi pozuntu hesab edilir? Baş ədliyyə müşaviri, hüquqşünas Adil Minbaşı “Təzadlar”a bunları dedi: “Bu ABŞ-ın  Cinayət Məcəlləsinin 52 -ci fəslində nəzərdə tutulan maddələrlə (əməlın formasından və ağırlıq dərəcəsindən asılı olaraq böyük məbləğdə cərimə və 5 ilə qədər həbs cəzası ilə cəzalandırıla bilən cinayət əməli hesab olunur. Belə ki, ABŞ Prezidenti Donald Tramp həddibuluğa çatmış hər bir amerika vətəndaşına 5 mln. dollar verəcəyini vəd etməklə  onları bu ilin noyabr ayında keçiriləcək Senata ( tam tərkibdə) və Konqresə (3/1 tərkibdə) seçkilərdə Respublikaçılar Partiyasına  (RP) səs verməyə çağırmışdır. Dondld Trampın əməlində cinayət tərkibi var və seçiciclərə pul təklifi ilə RP səs verməyə çağırış etdiyi andan cinayət başa çatmış hesab olunur.  Görək cinayət işi qaldırılması ilə əlaqədar Demokratlar Partiyası rəsmi müracət edəcəkmi və sonda ABŞ Ali Məhkəməsi hansı qərarı qəbul edəcək…”.

Sitatın sonu.

Artıq dünyanın bir sıra nüfuzlu media orqanları bu barədə yazır…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…