Gürcüstanda 2026-cı ilin ilk 6 ayında 17 509 uşaq doğulub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə azalma deməkdir. 2025-ci ilin ilk yarısında ölkədə 17 719 uşaq dünyaya gəlib. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatında bildirilib. Məlumata görə, 2026-cı ilin ilk 6 ayında Gürcüstanda 22 224 nəfər dünyasını dəyişib. Ötən ilin eyni dövründə bu göstərici 22 718 nəfər olub. Beləliklə, 2026-cı ilin ilk yarısında təbii artım, yəni doğulanlarla ölənlərin sayı arasındakı fərq -4 715 nəfər təşkil edib. Təbii artım yalnız Tbilisi (+424) və Acarıstan Muxtar Respublikasında (+330) müsbət olub. Bu ilin ilk 6 ayında Gürcüstanda 10 006 nikah və 6 095 boşanma halı qeydə alınıb. Regionlar üzrə ən çox uşaq Tbilisidə, ən az isə Raça-Leçxumi və Aşağı Svanetidə doğulub.
2026-cı ilin yanvar-iyun aylarında regionlar üzrə doğulan uşaqların sayı aşağıdakı kimidir:
Tbilisi – 6 889 Acarıstan – 2 061 İmereti – 1 985 Kvemo Kartli – 1 982 Kaxeti – 1 165 Sameqrelo və Zemo Svaneti – 1 043 Şida Kartli – 992 Samtsxe-Cavaxeti – 621 Quriya – 352 Mtsxeta-Mtianeti – 343 Raça-Leçxumi və Aşağı Svaneti – 76 “Sakstat”ın məlumatına görə, 2026-cı ilin göstəriciləri ilkin xarakter daşıyır.







