Əsas məzmuna keç

TikTok fenomeni Məqsəd Bağırov saxlanıldı

DTX tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Tezadlar.az xəbər verir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.

Qeyd edək ki, “Çevik” ləqəbli Məqsəd Bağırov bir müddətdir Tiktok platformasında canlı yayımları ilə gündəmə gəlmişdi.

Bir müddət əvvəl Qəbələdə Məqsəd Bağırova hücum olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…