Yaponiyada 100 yaşdan yuxarı insanların sayı ilk dəfə 100.000-i keçib.
Yaponiya hökuməti hər il 15 sentyabrda qeyd olunan “Yaşlılara Hörmət Günü” münasibətilə artan yaşlı əhali ilə bağlı statistikanı açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatlarına görə, yüz yaşdan yuxarı insanların sayı 56 ildir ki, artır.
Sentyabr ayı etibarilə ölkədə 100 yaşdan yuxarı insanların sayı 107.677 nəfərə çatıb. Bu, ölkə tarixində bir əsrdən çox yaşayanların sayının 100.000-i keçdiyi ilk haldır.
Keçən ilki rəqəmlərlə müqayisədə bu rəqəm 7.914 nəfər artıb. 100 yaşdan yuxarı olanların 94.298-i qadın, 13.379-u isə kişidir.
Qeydə alınan ən yaşlı qadın 114 yaşlı Kişimoto Fuyo, ən yaşlı kişi isə 112 yaşlı Kato Hikaru olub.
Yaponiya ilk dəfə 100 yaşını keçmiş insanların əhali məlumatlarını qeyd etməyə 1963-cü ildə başlayıb.
Yüz yaşını keçmiş insanların sayı ilk dəfə 1981-ci ildə 1000-i, 1998-ci ildə 10000-i və 2012-ci ildə 50000-i keçib.
Məlumatlara görə, Yaponiyada orta ömür uzunluğu qadınlar üçün 87,3, kişilər üçün isə 81,3-dür.
ELBAR







