Atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağına hücumlarında son 24 saatda daha üç ölüm hadisəsi ilə 2023-cü ilin oktyabr ayından bəri ümumi ölənlərin sayı 73 min 789-a çatıb.
Tezadlar.az xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrailin hücumları nəticəsində ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində Qəzzada xəstəxanalara üç ölü və 27 yaralı gətirilib, bununla da 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73.789-a, yaralananların sayı isə 174.798-ə çatıb.
Məlumatda vurğulanıb ki, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında 1375 nəfər həyatını itirib, 4686 nəfər yaralanıb və 831 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.
Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.
ELBAR







