Əsas məzmuna keç

Azərbaycana Gürcüstanın yeni səfiri təyin edildi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub.  Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəsi vəzifələrində çalışıb.

Xatırladaq ki, Gürcüstanın 2018-ci ildən Azərbaycandakı səfiri olmuş Zurab Pataradze bu ilin aprelin 28-dən Acarıstan Muxtar Respublikasının hökumət başçısı vəzifəsini tutur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…