Əsas məzmuna keç

İnterpolun axtardığı şübhəli İstanbulda tutuldu

Moldova tərəfindən “narkotik qaçaqmalçılığı” ilə bağlı İnterpolun qırmızı xəbərdarlığı ilə beynəlxalq axtarışda olan şübhəli İstanbulda keçirilən əməliyyatda tutulub.

Tezadlar.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri Bölməsi qrupları beynəlxalq axtarışda olan şübhəlilərin tutulması səylərinin bir hissəsi olaraq, “narkotik qaçaqmalçılığı” ittihamı ilə 8 illik həbs cəzası alan və Moldova məhkəmə orqanları tərəfindən qırmızı orderlə axtarılan İ.R.-nin İstanbulda olduğunu müəyyən edilib.

Texniki və fiziki müşahidədən sonra qruplar şübhəlinin Esenyurtdakı ünvanını müəyyən etdilər və əməliyyatda İ.R.-ni saxlayıblar.

Polis bölməsinə aparılan şübhəli lazımi prosedurlar yerinə yetirildikdən sonra deportasiya mərkəzinə təhvil veriləcək.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…