Əsas məzmuna keç

Azərbaycan yol polisləri Belarusda keçirilən müsabiqədə birinci oldular – video

Azərbaycan yol-patrul xidməti əməkdaşları Belarus Respublikasının Mogilyov şəhərində keçirilən peşəkar ustalıq və çoxnövçülük üzrə 25-ci yubiley müsabiqəsində birinci yerə layiq görülüblər.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli sosial şəbəkə hesabında paylaşım edib.

Yaplaşımda bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektorları – polis mayoru Emil İbrahimov və polis baş leytenantı Nicat Əliyev Belarus və Rusiyadan olan yol-patrul xidməti əməkdaşlarının da iştirak etdiyi müsabiqədə yüksək nəticə göstərərək birinci yeri tutublar.

Yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Müsabiqə yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardımın göstərilməsi, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, praktiki atıcılıq və fiziki hazırlıq mərhələlərini əhatə edib.

Bütün mərhələlər üzrə yüksək nəticə göstərən Emil İbrahimov və Nicat Əliyev müsabiqənin qalibi olublar.

Qaliblərin təltifetmə mərasimində Belarus Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.

https://newstube.az/videos/201170/

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…