Əsas məzmuna keç

Qum fırtınası yolda faciəyə yol açdı

Türkiyənin Aksaray-Konya yolunda 7 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib və 15 nəfər yaralanıb.

Tezadlar.az “Haber Global”a istinadən xəbər verir ki, Aksaray-Konya avtomobil yolunun Konya istiqamətində şiddətli qum fırtınası səbəbindən 2-si mikroavtobus olmaqla ümumilikdə 7 avtomobil zəncirvari qəzaya düşüb.

İlkin məlumatlara görə 15 nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə Aksaray Tədris və Tədqiqat Xəstəxanasına yerləşdirilib.

Ərazidə xilasedicilər, jandarm və yanğınsöndürmə qruplarının işləri davam edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…