Əsas məzmuna keç

Avtomobil mopedlə toqquşdu: Yeniyetmələr yaralandı

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Qaraybəyli kənd sakini, 2006-cı il təvəllüdlü Xəyal Rövşən oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə 2009-cu il təvəllüdlü Allahverən Adəm oğlu Cəfərovun idarə etdiyi moped toqquşub.

Nəticədə mopedin sürücüsü A.Cəfərov və sərnişini, 2009-cu il təvəllüdlü Soltan Elşən oğlu Məhəmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…