Əsas məzmuna keç

Təhsil və səhiyyə sektorumuz üçün növbəti il nəzərdə tutulan xərclərin miqdarı açıqlandı

2027-ci il üçün Azərbaycanda təhsil və səhiyyə sektoru üçün nəzərdə tutulan xərclərin miqdarı açıqlanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb.

Məlumata görə, gələn ilin dövlət büdcəsinin parametrləri üzrə təhsil sektoruna 5 milyard 98,2 milyon manat, səhiyyə sektoruna isə 3 milyard 962,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Bu səhələr üzrə müvafiq olaraq 11 və 8 proqramın həyata keçirilməsi planlaşdırılır.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…