Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin NATO Nizamnaməsinin IV maddəsinə əsaslanan Aİ daxilində təcili məsləhətləşmə mexanizmi yaratmaq ideyası, ittifaqla yeni bir güc mübarizəsi başlatmaq təhlükəsi yaradır.
Tezadlar.az bu barədə Politico-ya istinadən xəbər verir.
Məqalədə deyilir ki, Aİ rəhbəri Aİ-nin təhlükəsizliyin təmin edilməsində və hibrid təhdidlərlə mübarizədə, eləcə də yeni təcili məsləhətləşmə prosedurunun yaradılmasında daha fəal rol oynamasını təklif edib.
Qəzet qeyd edir ki, NATO Aİ-nin hərbi təhdidlərlə mübarizə aparmaq cəhdlərinə son dərəcə mənfi yanaşır.
“Son illərdə Aİ səviyyəsində çoxsaylı təşəbbüslər görmüşəm – onlardan heç biri üzv dövlətləri həqiqətən qorumayıb”, – ittifaq diplomatlarından biri deyib.
NATO Nizamnaməsinin 4-cü maddəsi üzvlərdən hər hansı biri onun təhlükəsizliyinin, ərazi bütövlüyünün və ya siyasi müstəqilliyinin təhdid altında olduğunu düşünürsə, təcili məsləhətləşmələr aparmağı öhdəsinə götürür.
ELBAR






