Əsas məzmuna keç

İran: Toqo bayrağı altında üzən neft tankeri vuruldu

İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında Toqo bayrağı altında üzən neft tankerinə zərbə endirildiyini və yanğın baş verdikdən sonra dayandırıldığını açıqlayıb. Məlumatda bölgədəki qanunsuz keçidlərin dözülməyəcəyi bildirilirdi.

Tezadlar.az bildirir ki, CNN TURK İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazındakı hadisələrlə bağlı açıqlaması barədə məlumat verib. Məlumatda Toqo bayrağı altında üzən “Trend” neft tankerinin ABŞ-nin rəhbərliyi altında bölgədən qanunsuz keçməyə cəhd etdiyi və gəminin yanğın baş verdikdən sonra vurularaq dayandırıldığı iddia edilib.

İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına nəzarəti saxladığını bildirdi və bölgədəki icazəsiz keçidlərə qarşı xəbərdarlıq edib.

İnqilab Keşikçiləri Dəniz Qüvvələri Toqo bayrağı altında üzən Trend neft tankerinin ABŞ-nin rəhbərliyi altında Hörmüz boğazından “qanunsuz keçməyə” cəhd etdiyini iddia edib.

Məlumatda deyilir ki, “Gəmidə yanğın baş verdikdən sonra vurulub və dayandırılıb”.

İran İnqilab Keşikçiləri Dəniz Qüvvələri Hörmüz boğazında dəniz nəqliyyatı ilə bağlı xəbərdarlıq edib.

Məlumatda deyilir ki, “Qanunsuz keçidin qaydanı pozan gəminin məhv edilməsindən başqa heç bir nəticəsi olmayacaq”.

İran tərəfi həmçinin Hörmüz boğazı üzərində nəzarəti saxladığını bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…