Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı faktlar aşkarlayıblar.
Tezadlar.az xəbər verir ki, keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonunda Kamil Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsində, həmçinin Sumqayıt şəhərinin 4-cü məhəllə ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən olunub.
Araşdırmalar nəticəsində yaşıllıqlara ümumilikdə 39 480 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.







