Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Tezadlar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.







