Bakının Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan 1971-ci il təvəllüdlü Talışov Elşən Firdovsi oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bakıda iki avtomobil toqquşdu: sürücü belə xilas edildi- FOTO- VİDEO






