Əsas məzmuna keç

Hacıqabul RİH başçısı şəhid ailələrini ziyarət edib

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Kolanı, Meyniman və Ələtli kəndlərinin Vətən müharibəsində şəhid olmuş şəxslərinin ailə üzvlərini ziyarət edib.
Tezadlar.az  Hacıqabul RİH-ə istinadən  xəbər verir ki, 22 sentyabr 2026-cı il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və hüquq mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət edib.
Ziyarət zamanı 44 günlük Vətən müharibəsində şəhid olmuş Ağaməmmədov Xəyal Salam oğlunun, Şıxəliyev Mehti Yalçın oğlunun, Quliyev Turab Əlisafa oğlunun, Hüseynov Nicat Adil oğlunun və Yaqubov Hümbət Mərhəmət oğlunun ailə üzvləri ilə görüşlər keçirilib.
Görüşlərdə şəhidlərin Vətənin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs olunub, onların əziz xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb. Ailələrin sosial-məişət şəraiti və qayğıları ilə maraqlanılıb, müraciətləri dinlənilib.
Bildirildi ki, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə həyata keçirilən tədbirlər onların rifahının yaxşılaşdırılmasına və qarşılaşdıqları məsələlərin həllinə yönəlib.
Şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Hacıqabul rayonunda şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirilir, onların müraciətləri aidiyyəti üzrə araşdırılır və həlli istiqamətində müvafiq tədbirlər görülür.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…