Əsas məzmuna keç

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd etdi

ABŞ prezidenti Donald Trampın İranın 7 günlük atəşkəs təklifini rədd etdiyi və ara seçkilərdən sonra İrana hücumları bərpa etməyi düşündüyü iddia edilir.

Tezadlar.az xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən “Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, Trampın noyabr ayında keçiriləcək ara seçkilərdən sonra İrana hücumları yenidən başlatmağı düşündüyü bildirilir.

ABŞ mənbələrinə əsaslanan məlumatda iddia edilir ki, Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib və köməkçilərinə ara seçkilərdən sonra İrana hücumları bərpa etməyi gözlədiyini deyib.

Məlumatda Trampın “genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək istəmədiyi” iddia edilir və bunun qismən onun azalan ABŞ sursatını digər potensial ssenarilər üçün saxlamaq istəyi ilə bağlı olduğu irəli sürülür.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, onlar ABŞ-a vasitəçilər vasitəsilə Hörmüz boğazını gəmiçilik üçün açmaq üçün “müəyyən” yeddi günlük plan təqdim ediblər və qərarın Vaşinqtonun ixtiyarında olduğunu əlavə edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…