Əsas məzmuna keç

Avropada dənizlərin istiləşməsi təhlükəsi – XƏBƏRDARLIQ!

Avropa dənizlərində suyun temperaturu tarixi maksimum həddə çatıb və bu, balıqçılıq sənayesi üçün ciddi risklər yaradaraq dəniz ekosistemlərini dəyişdirib.

Tezadlar.az xəbər verir ki, “Reuters” bu barədə 26 sentyabrda məlumat yayıb.

Nəşrin məlumatına görə, iyun-avqust ayları arasında olan dövr rekord həddə çatıb. Avropa dənizlərində orta temperatur 21,6 dərəcə Selsiyə qədər istiləşib.

Mütəxəssislər istilik dalğalarının artan tezliyini və intensivliyini artan istixana qazı tullantıları ilə əlaqələndirirlər. Okeanlar artıq istiliyin əsas hissəsini udur və onu qurudan və ya atmosferdən daha uzun müddət saxlayır.

Bu müstəsna istilik artıq təbii tarazlığı dəyişdirir və dəniz ehtiyatlarından asılı olan bəzi sahil icmaları üçün fəlakətli nəticələrə səbəb ola bilər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…