Əsas məzmuna keç

20 yaşlı azərbaycanlı qadın Pakistanda təcavüzə məruz qaldı

İş üçün Bakıdan Pakistana gedən 20 yaşlı qadın təcavüzə məruz qalıb.

Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, iş məqsədilə Pakistana səfər edən qadın restoranlardan birində iki qadınla tanış olub.

Qadınlar onun yanında əyləşərək birlikdə şam etməyi təklif ediblər. Daha sonra onlara üç kişi qoşulub. Zərərçəkən getməyə hazırlaşanda kişilər hamını avtomobillə aparmağı təklif ediblər. Azərbaycanlı qadın razılaşmadıqda isə onu zorla maşına mindirərək ünvanını bilmədiyi mənzilə aparıblar. Orada ona narkotik maddə verərək təcavüz ediblər.

Hadisədən sonra kişilər qadını avtomobil yolundakı nəqliyyat qovşağının yaxınlığında qoyub gediblər.

Özünə gələndə qadın mobil telefonunun və digər qiymətli əşyalarının yoxa çıxdığını görüb. Bu zaman o, polisə müraciət edib. Hüquq-mühafizə orqanları bütün şübhəlilərin kimliyini müəyyənləşdirib. Onların bir ay müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…