Əsas məzmuna keç

Gömrükçülər Bakıya gələn sərnişində 2 502,524 karat- 4 milyon dəyəri olan brilyant aşkarladılar

Şarja–Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşının üzərində gömrük nəzarətindən gizlədilən 2 502,524 karat brilyant qaş aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, sərnişin “Yaşıl Kanal” vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən davranışı şübhə doğurub.

O, “Qırmızı Kanal”a yönləndirilib və üzərində gömrük orqanına bəyan edilməmiş brilyant qaşlar tapılıb.

Qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…