Əsas məzmuna keç

Ağstafada məktəbdə müəllim döyülüb-İNANILMAZ SƏBƏB

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. Tezadlar.az xatırladır ki,  sözügedən məktəbin ibtidai sinif müəllimi – 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S.Əhmədova döyərək xəsarət yetirib. Fakt üzrə Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…