Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi həlak olub. Tezadlar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Hazırda qəzanın başvermə səbəbi barədə araşdırma aparılır. Həlak olan hərbçilərin şəxsiyyəti dəqiqləşdirilir. Bildirilib ki, AS-532 tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.
Məlumata görə, helikopterin qalıqları aşkarlanıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.







