Əsas məzmuna keç

Hörmüz boğazı yaxınlığında konteyner gəmisi minaya düşdü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında konteyner gəmisinin dəniz minasına düşdüyünü açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi SEPAH-ın bəyanatına istinadla məlumat yayıb.

Bildirilib ki, gəmi İranın icazə verdiyi marşrutdan kənar hərəkət edib, avtomatik identifikasiya sistemini söndürüb və İran hakimiyyətinin göstərişlərinə əməl etməyib. Mina ilə toqquşmadan sonra gəmi hərəkətini dayandırmağa məcbur olub.

SEPAH kommersiya gəmilərinin təhlükəsiz hərəkəti üçün Hörmüz boğazında müəyyən edilmiş marşrutlardan istifadə etməyə və dəniz təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…