Əsas məzmuna keç

Bu dəfə məktəb şagirdləri zəhərləniblər

Gəncədə orta məktəblərdən birində zəhərlənmə hadisəsi baş verib.

TƏBİB-dən Tezadlar.az–a verilən məlumata görə, oktyabrın 1-də saat 12:30 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər qadın cinsli şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

“Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Onların vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətə götürülüb.

Agentliyin mütəxəssisləri tərəfindən hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…