Əsas məzmuna keç

MilliNet2026-nın layihələri qəbul edilməyə başladı – cəmi 10 nominasiya var

MilliNet2026 müsabiqəsi başlandı. Bu gündən layihələr müsabiqəyə qəbul edilir. Qeydiyyat 25 noyabradək davam edəcək. 10 Nominasiya var.
Tezadlar.az xəbər verir ki, bu barədə Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib.
“Meyarlar təsdiqlənib. 15 nəfərlik münsiflər Heyəti bəlli meyarlar əsasında rəqəmsal layihələrin iki mərhələli qiymətləndirməsini aparacaqlar.
MilliNet2026 qaliblərinin ənənəvi yekun təqdimat mərasimi dekabr ayında olacaq. Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, AzTU və 4SİM Azərbaycan əsas tərəfdaşlarımzıdır.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar  – AzİnTelecom, ABB İnnovation və Caspel şirkətləridir.
Sponsorlar –  SABAH.HUB, B&B SECURITY, Alas Academy , ULTRA Technologies, Hellojob.az, Prometech və Mediatrends şirkətləridir.
MilliNet-in media tərəfdaşları Technote Media, TechZone.az və Xəbərlər.az texnoloji portallarıdır”, – deyə o qeyd edib.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…