Bu yaxınlarda beşinci övladına hamilə olduğunu açıqlayan amerikalı məşhur müğənni, model Ciara “Paris Moda Həftəsi” çərçivəsində keçirilən nümayişdə podiuma çıxıb.
O, hamilə olduğunu elan etdikdən bəri böyüyən qarnını qürurla nümayiş etdirməyə davam edir…

40 yaşlı ulduz həftəsonu “Paris Moda Həftəsində” “Junya Watanabe”nin 2027-ci il Yaz/Yay kolleksiyasının nümayişində podiuma çıxaraq hamiləlik dövrünü dəbli şəkildə təqdim edib…

O, daha əvvəl 2024-cü ilin iyun ayında “Vogue World: Paris” tədbirində xüsusi dizayn edilmiş “Givenchy” geyimində podiuma çıxmışdı.
Onun həyat yoldaşı – keçmiş Amerika futbol ulduzu və hazırkı idman şərhçisi Rassel Vilsondan dördüncü övladları dünyaya gələcək.
Cütlüyün artıq üç övladı var: Sienna (9), Win (6) və Amora (2). Məşhur müğənninin həmçinin reper Future ilə əvvəlki münasibətindən Future Zahir adlı 12 yaşlı oğlu var.
Ulduz bu xoş xəbəri İnstaqram paylaşımı ilə elan edib. O, digər dörd övladına məxsus ağ köynəklərin yanına körpə üçün nəzərdə tutulmuş yeni bir geyim asaraq, böyüməkdə olan qarnını göstərib.
O, bu xoş paylaşımı “Sevəcəyimiz daha bir nəfər” şərhi ilə təqdim ediB.
Bu yay evliliklərinin 10-cu ildönümünü qeyd edəcək cütlük, daha əvvəl uzunömürlü sevgilərinin sirrinin “bol dua etmək” olduğunu açıqlamışdı.
JASMİN






