Əsas məzmuna keç

Rusiya dronları Türkiyə gəmisinə hücum etdi- KAPİTAN VƏ 1 AZƏRBAYCANLI ÖLDÜ

hormuz bogazinda gemiye hucum olub

Ukrayna Prezidenti Vladimir Zelenski iki Rusiya dronunun beynəlxalq sularda Rumıniyaya qarğıdalı daşıyan Türkiyənin mülki gəmisinə zərbə endirdiyini və kapitanının öldüyünü, daha bir nəfərin taleyinin araşdırıldığını bildirib. Tezadlar.az-ın məlumatına görə, Zelenski gəminin Türkiyəyə məxsus olduğunu və zərbə endirilən zaman beynəlxalq sularda qarğıdalı daşıdığını bildirib. Sitat: “Beynəlxalq sularda Türkiyəyə məxsus qarğıdalı daşıyan mülki gəmiyə iki Rusiya dronunun dəhşətli zərbəsi endirilib. Gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub”

Zelenskinin sözlərinə görə, gəmi kapitanının hazırda öldüyü və daha bir nəfərin taleyinin araşdırıldığı məlumdur. O, həmçinin 11 heyət üzvünün xilas edildiyini, onlardan birinin yaralandığını vurğulayıb. “Ukrayna Qara dənizdə gərginliyin azaldılması və təhlükəsizliyin təmin edilməsi üçün dəfələrlə konkret addımlar təklif edib. Üçüncü ölkələrdən də oxşar təkliflər olub. Lakin Rusiya daim normal naviqasiyadansa terroru və mülki gəmilərin batmasını seçir. Qlobal ərzaq təhlükəsizliyinin bərpası üçün Rusiyaya təzyiq göstərilməlidir… Və bununla həqiqətən maraqlanan hər kəs kömək etməlidir”, – deyə Ukrayna prezidenti əlavə edib.

Qeyd edək ki, gəmidə olan Azərbaycan vətəndaşı da həlak olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…