ABŞ Prezidenti Donald Tramp son zamanlar Hörmüz boğazından “inanılmaz dərəcədə” neft daşındığını və neft qiymətlərinin düşəcəyini gözlədiyini bildirib.
Tezadlar.az xəbər verir ki, Prezident Tramp Baltimorda açılış mərasimində iştirak etmək üçün Ağ Evdən çıxarkən jurnalistlərə müraciət edib.
İranın iqtisadiyyatının “çox pis” vəziyyətdə olduğunu iddia edən Tramp İranın neft naziri Möhsün Paknejadın istefa verdiyini və “ölkədəki vəziyyətin heç də yaxşı olmadığını” bildirib.
Hörmüz boğazından neft daşınması ilə bağlı Tramp boğazın açıq qaldığını qeyd edib.
ABŞ Prezidenti bildirib ki, “Son bir neçə gündə inanılmaz miqdarda, milyonlarla barel neft daşınıb. Biz müharibədən əvvəlki səviyyələrə çatan və ya hətta onu aşan səviyyələrdə daşınmalar həyata keçiririk”.
Neft qiymətlərinin tezliklə düşəcəyini gözlədiyini deyən Tramp “seçkilərə yaxınlaşdıqca ölkədəki bütün qiymətlərin yavaş-yavaş düşdüyünü” bildirib.
ELBAR







