ABŞ prezidenti Donald Tramp Rusiyadakı epidemiya ilə bağlı tezliklə Rusiya prezidenti Vladimir Putinlə danışacağını bildirib.
Tezadlar.az xəbər verir ki, Prezident Tramp Baltimordakı tədbirdən sonra Ağ Evə qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Prezident Putinlə epidemiyanı müzakirə edib-etməyəcəyi soruşulduqda, Tramp “Planlaşdırılmış telefon zəngimiz var. Çox tezliklə danışacağıq” cavabını verib.
ABŞ kəşfiyyat orqanlarının epidemiya ilə bağlı qiymətləndirməsinə gəlincə, Tramp “İndiyə qədər vəziyyəti yaxından izləyirik. Yəqin ki, sabah bu barədə hesabat yayımlayacağıq” deyib.
Rusiyada epidemiya
2 oktyabrda Rusiyanın İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bölgə sakinində “xüsusi təhlükəli infeksiya şübhəsi” barədə məlumatlardan sonra sanitar və epidemiya nəzarəti komissiyasının fövqəladə iclasının keçirildiyini elan edib.
Eyni gün bəzi sosial media kanalları vəba ilə mübarizə institutunun bir işçisinin “pnevmoniya”dan öldüyünü iddia edib.
Rospotrebnadzor-dan verilən açıqlamada bildirilir ki, Sibir və Uzaq Şərq üzrə İrkutsk Taunla Mübarizə İnstitutunun əməkdaşına “səbəbi bilinməyən pnevmoniya” diaqnozu qoyulduqdan sonra xüsusi tədbirlər həyata keçirilib.
ELBAR







