Əsas məzmuna keç

Rusiya Putinin həbs orderinə görə Niderlanddan BCM nümayəndələrinin ekstradisiyasını tələb edib

Rusiya Baş Prokurorluğu, Rusiya Prezidenti Vladimir Putinin həbs orderinə görə qiyabi olaraq məhkum edilmiş doqquz Beynəlxalq Cinayət Məhkəməsi (BCM) nümayəndələrinin Niderlanddan ekstradisiyasını tələb edib.

Tezadlar.az xəbər verir ki,  bu barədə nəzarət orqanının veb saytında bildirilib.

Qurumun saytında verilən açıqlamaya görə, Rusiya Baş Prokurorluğu BCM prezidenti Piotr Hofmanski, keçmiş prokuror Kərim Xanın, birinci prezident Lus del Karmen İbanes Karransın və hakimlər – Tomoko Akane, Rosario Aytala, Serhio Godínes, Bertram Schmitt, Rene Alapini-Gansu və Haykel Mahfudun saxlanılması və ekstradisiyası üçün Hollandiya Ədliyyə və Təhlükəsizlik Nazirliyinə, eləcə də bir sıra digər ölkələrə sorğu göndərib.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Moskva Şəhər Məhkəməsi onları və digər BCM nümayəndələrini rusların qanunsuz təqibinə görə 15 ilə qədər həbs cəzasına məhkum edib.

Xatırladaq ki, 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya lideri və Uşaq Hüquqları üzrə Komissar Mariya Lvova-Belova üçün həbs qərarı vermişdi.

Kreml Beynəlxalq Cinayət Məhkəməsinin qərarını “hüquqi cəhətdən etibarsız” adlandırıb…

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…