Biləsuvarda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xatırladır ki, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Bakı istiqamətində hərəkət edən “Niva” markalı avtomobil yol kənarında dayanmış “Mercedes” markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən idarəetmədən çıxan avtomobillər daha iki nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sərnişini ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya “Niva” markalı avtomobilin sürücüsünün qəfil idarəetməni itirməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.







