Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2027-2029-cu illər üçün BMT İnsan Hüquqları Şurasına (BMTİHŞ) 15 yeni üzv seçib.
Tezadlar.az xəbər verir ki, BMT Baş Assambleyasında səsvermə keçirilib.
Səsvermə nəticəsində Braziliya, Burundi, Dominikan Respublikası, Almaniya, Qana, İrlandiya, Yaponiya, İordaniya, Küveyt, Nepal, Nigeriya, Moldova, Ukrayna, Uruqvay və Zambiya 2027-2029-cu illər üçün BMTİHŞ-nin yeni üzvləri olublar.
15 yeni üzv 1 yanvar 2027-ci il tarixindən başlayaraq üç illik müddətə xidmət edəcək.
İsveçrənin Cenevrə şəhərində yerləşən BMTİHŞ-nin ümumilikdə 47 üzvü var.
ELBAR







