Əsas məzmuna keç

Ukrayna və Ermənistan rəsmiləri Romada görüşdü

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Romada Ermənistan parlamentinin sədri Ruben Rubinyanla görüşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə R.Stefançuk “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Danışıqlar zamanı tərəflər Ukrayna-Ermənistan münasibətlərini, Ukraynadakı vəziyyəti və gələcək parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Onun sözlərinə görə, Ermənistan tərəfi Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümid etdiyini bildirib və dövlətlərin suverenliyinin və müstəqilliyinin qorunmasının vacibliyini vurğulayıb.

“Əminəm ki, əməkdaşlığın gələcək inkişafı üçün bütün imkanlarımız var. İkitərəfli və çoxtərəfli səviyyələrdə parlamentlərarası dialoqun dərinləşdirilməsini müzakirə etdik. Ukrayna Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıdır”, – R.Stefançuk qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…