Əsas məzmuna keç

Bakı-Quba yolunda dəhşətli qəza: Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol qəzası baş verib.

Tezadlar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı özüqaldıran yük avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 31 yaşlı Qasimov Turqay Əhməd oğlunun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…