Əsas məzmuna keç

Küçədə nalayiq ifadələr işlətdi, 25 gün həbs aldı

Sumqayıtda küçədə nalayiq ifadələr işlədən şəxs həbs olunub.

Tezadlar.az xəbər verir ki, hadisə Çerkassi küçəsində qeydə alınıb.

37 yaşlı Şücaət Əmirov (şərti adla) həmin küçədə ucadan nalayiq ifadələr işlədərək, ictimai asayişi pozub. Ərazidə xidmətdə olan polis əməkdaşı ona irad bildirib hərəkətlərini dayandırmasını tələb etsə də, Şücaət qanuni tələbə məhəl qoymayaraq, əməlinə davam edib.

Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

Şücaət Əmirov ifadəsində bildirib ki, panik-atak xəstəsi olduğu üçün müəyyən vaxtlarda qışqırır. İşdə olarkən də əsəbiləşdiyi üçün panik-atakı tutub. Nəticədə qeyd olunan hadisə baş verib. O, əməlindən peşman olduğunu bildirərək, nəzərə alınmasını xahiş edib.

Məhkəmənin qərarı ilə o, 25 gün müddətinə inzibati qaydada həbs olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…